Siqaret satışı qadağan edilib

31 May 2012 12:38 (UTC+04:00)

Movqe.az xəbər verir ki, bu gün Ümumdünya Tütünlə Mübarizə günüdür. Bu məqsədlə Dubayda 24 saat müddətində siqaret çəkmək qadağan edilib. Dubay bələdiyyəsi cəmiyyət sağlamlığı və təhlükəsizliyi müəssisəsinin rəhbəri Rza Süleyman bu qərarla siqaret çəkməyin zərərlərini bütün dünyaya çatdırmaq istədiklərini deyib. Bələdiyyənin "Tütünsüz Dubay" kampaniyasını 283 təşkilat dəstəkləyib.

Xatırladaq ki, hər il dünyada 5.4 milyon nəfər siqaret istifadəsi səbəbilə dünyasını dəyişir.