Romatoid artritlərin müalicəsi üçün yeni genetik ipucları - FOTO

26 Dekabr 2013 12:44 (UTC+04:00)

Beynəlxalq qruplar tərəfindən aparılan tədqiqatlar rematoid artrit riskini artıran insan DNT-in 40 yeni bölgəsini müəyyən ediblər. Bu haqda tədqiqatlar 30 min xəstə üzərtində aparılıb və "Nature" jurnalında yayımlanıb. Araşdırmaçılar xəstəliyi olmayan patsientlərin DNT artritlərini müqayisə edərək xəstəliklərlə bağlı 42 "qüsurlu bölgə" müəyyən ediblər. Yeni dərmanların bu qüsurlu bölgələri bərpa edəcəyi gözlənilir. Harvard Tibb Universitetinin Professoru Robert Plenge bu bölgələrdən birinin zəiflik yaratdığını və  yeni dərmanlarla müalicəsinin mümkün olduğunu aşkar edib. Bəzi həkimlər müəyyən olunmuş genetik zəifliyi olan bölgələrin sadecə nukleotid polimorfizmlərlə (SNPs) əlaqəli olduğunu düşünür. Bu haqda sübut olmasa da, onlar SNP-in sakitləşməsində dərmanların yararlı olacağını düşünür. 

Romatoid artrit (RA) ənənəvi şəkildə, immunitet sisteminin oynaqlara hücumuna yol açan xroniki, enflamatuvar bir otoimmün pozuqluq olaraq təyin olunmuşdur. Maneə törədici və ağrılı bir enflamatuvar vəziyyətdir, ağrı və oynaq aşınması səbəbiylə əhəmiyyətli dərəcədə hərəkət itkisinə yol aça bilər. Xəstəlik tez-tez bədəndəki dəri, qan damarları, ürək, ağciyər və əzələlər kimi bir çox oynaqlardan kənardakı toxumaya da təsir etdiyi üçün sistemikdir. Multifaktöryel bir mexanizmlə ortaya çıxdığı düşünülsə də qəti səbəbi aşkar edilməyib.