Oğurluq üstündə tutulan şəxs qolundakı qandalı qıraraq qaçıb

26 Dekabr 2013 12:47 (UTC+04:00)

Bakıda təqsirləndirilən şəxs polis idarəsindən qaçıb.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qaçan şəxs oğurluq törətməkdə təqsirli bilinərək tutulan, 1994-cü il təvəllüdlü İbrahim Nadir oğlu Məmmədlidir. O, barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimatın verilməsi ilə bağlı Rayon Prokurorluğuna aparılarkən qolundakı qandalı qıraraq qaçıb.

 

Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.