"Toliki cəzalandırmışam"- deyən müğənni prodüsserdən üzr istəyib

26 Dekabr 2013 14:36 (UTC+04:00)

"Maşın" şouda tanınan müğənni, əslində isə biznesmen Orxan Babazadə bu dəfə də tolik haqqında xoşagələməz sözlər söyləyib. Müğənni bildirib ki, Tolikin onun haqqında yazdığı şərhlərə görə cəzalandırıb. tolik isə Mövqe.az-a belə açıqlama verib: " Heç kimi treklam etməyə halım yoxdur. Özünü tanımasam da, Orxanın atasını tanıyıram. Orxan o sözlərə gpörə məndən üzr istəyib".


Xatırladaq ki, Orxan Babazadə şouda iştirak edən və onu yarışmadan kənarlaşdıran Mirsalam Mirsalamova "Sən kişi deyilsən" deyərək təhqir etmişdi: "  Çox riskli addım atdım. İş həyatımın sonu ola bilərdi.  Amma bu hərəkətim çoxlarının ürəyincə olub.  Əgər mənə canlı efirdən belə söz deyilsəydi,  nəinki o maşından əlimi çəkərdim, hətta şəxsən həmin insanı öldürərdim.  Mirsalam Salamovun buna gücü çatmadı,  o, maşını seçdi."


Sözügedən gecədən sonra prodüser Tolikin , Orxanın əleyhinə instagram hesabında şərhlər bildirməsi, müğənninin heç də xoşuna gəlməyib.  O deyir ki, bu hərəkətinə görə, Toliki  lazımınca cəzalandırmışam.  


"Heç kəs elə bilməsin ki, mən sahibsizəm. Mənim də öz arxa-dayağım var.  Mən atamın dəstək olmasını  heç vaxt danmamışam axı. Əksinə həmişə fəxr etmişəm. Tolik çalışsın burnunun girmədiyi yerə, başını soxmasın."