Elzadan yepyeni mahnılar gəlir

26 Dekabr 2013 15:05 (UTC+04:00)
Müğənni Elza Seyidcahan yeni duet ortağı seçib.  Əməkdar artist  bu dəfə də gənc müğənni Vüsal Hacıyevlə duet oxuyub. Hətta müğənni Mövqe.az-a açıqlamasında "Gülüm" adlanan mahnıya klip də çəkdirəcəyini bildirib: " Yeni ildə də çox gözəl mahnılarım olacaq. "Paralandım", "Üşüyorum", "Son məktub", "Məni atıb getmə" adlı mahnıların hit olacağına inanıram. "Gülüm"ə klip çəkdiririk, digər mahnılar isə hələki tam hazır deyil. Aranjiman edilir".