Sərdar Ortacın sevgilisinə Yeni il hədiyyəsi

26 Dekabr 2013 15:45 (UTC+04:00)
Türkiyənin məşhur müğənnisi Sərdar Ortac, sevgilisi Xloye Loquhanın xətrinə dəyməyib. Mövqe.az xəbər verir ki, S.Ortac  Milad bayramında ailəsini ziyarət etmək üçün sevgilisi ilə birlikdə İrlandiyaya yola düşüb. Ortac, evlilik qərarı aldığı sevgilisinə yeni sürpriz də edib. O, işin ciddiliyini göstərmək üçün ailəsinin qarşısında gözəl manikenin barmağına  tək qaş üzük taxıb. Bu hədiyyə sayca müğənninin gözəl sevgilisinə verdiyi ikinci üzük olub. Loquhan xoşbəxtliyini "Fashion TV " Türkiyənin sahibi olan yaxın dostu Enis Onatla paylaşıb: " İnanılmaz bir Milad sürprizi oldu. Dünyanın ən şanslı qızı olduğumu düşünürəm".