Günay Rza Sərraf haqqında dediyi sözlərdən peşman oldu

26 Dekabr 2013 16:02 (UTC+04:00)

Model Günay Musayeva Rza Zərrab haqqında dediyi sözlərdən sonra peşmançılıq keçirib. Mövqe.az-ın məlumatına görə, model canlı yayımda proqramda dediklərinin şişirildiyini bildirib: "25.12.2013-ci il tarixində iştirak etdiyim proqramda çatdırmaq istədiyim bəzi fikirlər media tərəfindən şişirdilib. Böyük rüşvət əməliyyatının şübhəlilərindən olan Rza Zarrab haqda dediyim fikirlər  başqalarından eşitdiyim, dəqiq məlum olmayan, hər kəsin müzakirə etdiyi məlumatlardır. Zərrabla heç bir problemim yoxdur. Həmin şəxsin və ailəsinin inciməsini istəmirəm. Media nümayəndələri tərəfindən  səhv başa düşülən fikirlərimə əhəmiyyət verilməməsini xahiş edirəm". 


Qeyd edək ki,bir neçə gün bundan qabaq azərbaycanlı model Rza Sərrafın layiq olduğu yerdə olduğunu bildirmişdi. Həmçinin Günay rəfiqəsi Azəri qızı Günelin Rza Sərraf tərəfindən 8 il aldadılıdığını və onun sayəsində indiki həyat yoldaşı Ebru Gündeşlə tanış olduğunu bildirmişdi. Həmçinin model azərbaycanlı dostlarının da Rza Sərrafın aldatdığını demişdi.