Azərbaycanda orta məktəb yanır

26 Dekabr 2013 16:09 (UTC+04:00)

Azərbaycanda orta məktəbdə yanğın baş verib.

Cəlilabad Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yanğın bu gün saat 16 radələrində rayonun Adnalı kənd orta məktəbində başlayıb.

Yanğının söndürülməsinə  Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.