Azərbaycan məktəblərində ikinci növbə ləğv oluna bilər

26 Dekabr 2013 16:50 (UTC+04:00)

2014-2017-ci illərdə Azərbaycan məktəblərində ikinci növbə ləğv oluna bilər.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Azərbaycanda məktəb tikintisinin sürətli inkişafı, təhsil infrastrukturunun getdikcə yenilənməsi buna əsas verə bilər.

"Lakin bir növbəliliyə keçid elə təşkil olunmalıdır ki, məktəbdə süni şagird sıxlığı yaranmasın", – deyə nazirlikdən bildirilib.

 

Məlumatda ikinci növbənin ləğvinin rus məktəblərinə də şamil olunacağı qeyd edilib.