Prezident İlham Əliyev və Dağıstan Prezidenti Ramazan Abdulatipov birgə nahar ediblər
26 Dekabr 2013 17:24 (UTC+04:00)
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının
Prezidenti İlham
Əliyevdekabrın 26-da Rusiya Federasiyası
Dağıstan Respublikasının PrezidentiRamazan Abdulatipovun başçılıq
etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə
Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin
genişləndirilməsində ölkəmiz ilə Rusiya Federasiyasının ayrı-ayrı
subyektləri, o cümlədən Dağıstan Respublikası arasında əlaqələrin
mühüm əhəmiyyət daşıdığını qeyd etdi. Prezident İlham Əliyev
Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipovun ölkəmizə
səfərinin Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin, eləcə də
Dağıstan Respublikası ilə tarixi və mədəni köklərə əsaslanan
dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi işinə xidmət
edəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev səfərin
iqtisadi sahədə əməkdaşlığa dair məsələlərin müzakirəsi üçün də
yaxşı fürsət yaratdığını dedi.
Ramazan Abdulatipov Rusiya Federasiyasının
Prezidenti Vladimir
Putinin Dağıstan ilə Azərbaycan arasında
münasibətlərin fəal şəkildə davam etdirilməsinə önəm verdiyini
söylədi. Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və görkəmli
dövlət xadimi Əziz Əliyevin xatirələrini ehtiramla yad etdiklərini
vurğulayan Ramazan Abdulatipov Dərbənddə Heydər Əliyevin xatirəsinə
yeni xiyaban və parkın salınması istiqamətində də işlərin
görüləcəyini dedi.
Dövlətimizin başçısı Dağıstanda xalqımızın
ümummilli lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi
istiqamətində görülən işlərin ölkəmizdə yüksək qiymətləndirildiyini
vurğulayaraq bunun xalqımız tərəfindən əlaqələrimizin daha da
gücləndirilməsi işində böyük xidmətlər göstərmiş Ulu Öndərə olan
ehtiramın və xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin
təcəssümü kimi dəyərləndirildiyini dedi. Prezident İlham Əliyev
görkəmli dövlət xadimi Əziz Əliyevin həyat və fəaliyyətinin bir
hissəsinin Dağıstanla bağlı olmasını da məmnunluqla
xatırladı.
X X X
AzərTAc xəbər verir ki, dekabrın 26-da Azərbaycan
Respublikasının Prezidenti İlham
Əliyev və Rusiya Federasiyası
Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov birgə nahar
ediblər.