Bakıda sutka ərzində 12 nəfər dəm qazından zəhərlənib

27 Dekabr 2013 10:05 (UTC+04:00)

Zəhərlənən şəxslərdən 10-u xəstəxanaya yerləşdirilib

Dünən səhər saat 09:00-dan, bu gün səhər saat 09:00-dək Bakı şəhərində 12 nəfər dəm qazından zəhərlənib. Bakı Şəhər Təcili Təxirə Salınmaz Yardım Stansiyasından Ans press-ə verilən məlumata görə, zəhərlənən şəxslərdən 10-u xəstəxanaya yerləşdirilib. Digər iki nəfərə isə yerindəcə tibbi yardım göstərilib.


Xatırladaq ki, dekabrın 25-də Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yaşayan Ülviyyə Qarayeva, Xırdalan şəhərində yaşayan azyaşlı Aysel Məmmədova, Gəncə şəhərində yaşayan azyaşlı Yusif Quliyev evlərindən dərmandan zəhərlənmə ilə, Sumqayıt şəhərində yaşayan Lamiyə Vəliyeva evindən dəm qazından zəhərlənmə ilə, dekabrın 26-da Masazır kənd sakini Qönçə Məhərrəmova evindən kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.