52 yaşındakı məşhur aktirsa
Meq Rayan,
üzünə etdirdiyi botokslar səbəbi ilə
tanınmaz hala düşüb. Mövqe.az xarici KİV-ə istinadən bildirir ki,
aktrisa, New Yorkda bir restorandan çıxarkən paparatzilərə tuş
gəlib. Üzünə etdirdiyi botoks səbəbi ilə tanınmaz halda olan Rayan,
müsahibə verməsə də şəkillərinin çəkilməsinə etiraz etməyib. Uzun
müddətdir musiqiçi Jon Melenkap ilə birlikdə olan Rayan, "Nə vaxt
evlənəcəksiniz?" suallarına cavab verməyib. 52 yaşındakı
"Hollywood" aktrisası jurnalistlərə "Yaxşı Miladlar" arzulayaraq
məkandan uzaqlaşıb.