Yarım saatlıq çıxışı üçün 8000 AZN tələb edən Azəri qızı artıq Bakıda!

27 Dekabr 2013 11:58 (UTC+04:00)
Mövqe.az xəbər verir ki, Azəri qızı Günel artıq Bakıdadır. Dünən gecə İstanbuldan Bakıya gələn Günel Azərbaycan telekanalında yayımlanan verlişlərin birində iştirak edib. Günellə əlaqə saxladıq. Müğənni çox yorğun olduğunu və dünən Bakıya gəldiyini bildirdi: " Çox yorğunam. Dünən gecə gəldim. Düz bir ay burada olacağam. Yeni ili də doğma Azərbaycanda keçirəcəyəm. Bütün Yeni il proqramlarında olmağa çalışacağam. Dəvətlər var, yenə də olarsa dəyərləndirməyə çalışacağam".


Qeyd edək ki, müğənnilərimizin Yeni il qiymətləri açıqlanan zaman yarım saat üçün ən çox qonarar tələb edən məhz Azəri qızı Günel olub. Deyilənlərə görə, Günel yarım saat restoranda çıxış etmək üçün 8000 AZN tələb edib.