"Medcezir"in yeni bölümündə nələr olacaq?

27 Dekabr 2013 13:00 (UTC+04:00)

Facebook hesabı 1 milyon izləyiciyə çatan "Medcezir"serialının yeni bölümündə, Yaman-Mira sevgisi ilk ciddi imtahanını verəcək. Yamanın romantik sürprizi, Mirayı Yamana bir addım daha yaxınlaşdıracaq. Yaman, bu günə qədər Miranın tanıdığı bütün insanlardan çox fərqlidir. Mərtlə Eylülün keçirtdikləri gecə Eylülə əsl sevgini hiss elətdirəcək. Digər tərəfdən,Yamanın  köhnə sevgilisinin hələ də onu unutmadığını düşünən Miranın beynində sual işarələri meydana çıxacaq. Qeyd edək ki, "Medcezir"in yeni bölümü bu gün saat 22:00 da "STAR TV"də yayımlanacaq.