Sular kəsiləcək

27 Dekabr 2013 13:22 (UTC+04:00)
Bakı şəhərinin bəzi ərazilərində suyun verilməsində məhdudiyyətlər olacaq.  "Azərsu" ASC mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, Bakı şəhəri Nərimanov rayonu Tofiq Bəhramov adına Respublika Stadionunun yaxınlığından keçən 500 mm diametrli magistral su xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar 27 dekabr 2013-cü il tarixində Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.