Şəmkirdə itkin düşən şəxsin meyiti tapılıb

27 Dekabr 2013 13:31 (UTC+04:00)

Dekabr ayının 18-dən itkin düşən Şəmkir rayon sakinin meyiti tapılıb.

Şəmkir rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, dekabrın 26-da rayonun Şiştəpə kənd sakini, 1985-ci il təvəllüdlü Əhmədov Samir Yolçu oğlunun meyiti qonşusunun tövləsinin yanında tapılıb.

Prokurorluqdan bildirilib ki, S.Əhmədov sərxoş həyat tərzi sürürmüş və dekabrın 18-də spirtli içki qəbul edərək sərxoş vəziyyətdə itkin düşüb. Dünən tapılan meyitin üzərində heç bir zorakılıq əlamətləri olmayıb. S.Əhmədovun bədbəxt hadisə nəticəsində öldüyü ehtimal edilir. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.