Prezident özünü yandıran Qarabağ qazisi ilə bağlı göstəriş verdi

27 Dekabr 2013 14:30 (UTC+04:00)

Özünü yandıraraq 5 saylı klinik xəstəxanaya yerləşdirilən Qarabağ qazisi, II qrup əlil Zaur Həsənova baş çəkən millət vəkili Mübariz Qurbanlı xəstəxana önündə toplanan qazilərlə söhbət edib. 

Millət vəkili Qabarağ qaziləri ilə söhbəti zamanı məsələnin dövlət başçısı İlham Əliyevin diqqət mərkəzində olduğunu bildirib. M.Qurbanlı Qarabağ qazilərinin prezidentlə görüşünə cavab olaraq bunları qeyd edib: "Mən bura Prezidentin adından gəlmişəm. Dövlət başçısı özü şəxsən bu məsələni diqqətdə saxlayır"