Cərrahiyyə əməliyyatlarında yeni texnologiya

31 May 2012 16:16 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Londonda həkimlər "açar deşiyi əməliyyatı"nı həyata keçirməyə (bədəndə kiçik deşiklər açılaraq kamera vasitəsilə orqanların görüntülənməsi) kömək edəcək "toxunulmaz" texnologiyanı sınayıb. Belə ki, bu texnologiya adətən televiziya oyunlarında istifadə edilir. Bu sistem vasitəsilə həkimlər klaviatura və "maus" əvəzinə öz səs və əl hərəkətlərini istifadə etməklə cərrahiyyə əməliyyatlarını həyata keçirə biləcək. Bu texnologiya vasitəsilə həkimlər nəzarəti daha çox əllərində saxlaya biləcəklər. Mütəxəssislərin fikrincə yeni texnologiya təxminən 15 il müddətində daha normal qarşılanacaq.Artıq cərrahlar çətin və həssas əməliyyatlarını 3D vasitəsilə həyata keçirə biləcək,lazımi bilikləri daha asan əldə edəcəklər.

Qeyd edək ki, yeni texnologiya vasitəsilə vaxta qənaət etmək mümkün olacaq.