Özünü yandıran Qarabağ əlilinin ailəsinə hər ay 1500 manat veriləcək

27 Dekabr 2013 14:55 (UTC+04:00)

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) özünü yandıran II qrup Qarabağ əlili Zaur Həsənovla bağlı qərar qəbul edib.

Konfederasiyanın sədri, millət vəkili Səttar Mehbalıyev APA-ya bildirib ki, qərara əsasən, Z. Həsənovun ailəsinə övladları yetkinlik yaşına çatana qədər AHİK tərəfindən hər ay 1500 manat vəsait ödəniləcək. Bundan başqa, zərurət yaranacağı təqdirdə Z. Həsənovun xaricdə müalicəsini, ailə üzvlərinin işlə təminatını da konfederasiya öz üzərinə götürüb.

 

Z. Həsənovun müsadirə olunmuş mülkinə gəldikdə, S. Mehbalıyev bildirib ki, həmin işlə bağlı məhkəmə qərarı var: "Biz məhkəmənin qərarına müdaxilə edə, onu dəyişdirə bilmərik".