Dəniz Çakır "Mən ayaq üstə danışmıram"

27 Dekabr 2013 15:15 (UTC+04:00)

Yeni serial layihəsi üçün gün sayan Türkiyənin məşhur aktrisası Dəniz Çakır, keçən gün Ak mərkəzdə paparatzilərə tuş gəlib.. Jurnalistləri qarşısında görən gözəl aktrisa hər zamankı kimi sürətli addımlarla müxbirlərin yanından uzaqlaşmağa çalışıb. Fevral ayında ekranlarda olacağını söyləyən Çakır "Mən ayaq üstə danışmıram" deyərək ona verilən sualları cavabsız qoyub. Qeyd edək ki, sonuncu dəfə Dəniz Çakır "Mühteşəm Yüzyıl" (Möhtəşəm əsr) serialında Sultan Süleymanın bacısı rolunu canlandırıb.