"Motorola"dan ağıllı saatlar gəlir!

27 Dekabr 2013 17:00 (UTC+04:00)

Motoroladan "həqiqətən" qıvrıla bilən ekranlar gəlir. Amma bu dəfə mövzu mobil telefonu deyil . Motorola , indi də son günlərdə çox məşhur olan elastik ekran texnologiyasıyla bağlı yeni bir patent alıb. Lakin bu patent , bir çoxumuzun düşündüyü mobil telefonlarına deyil , fərqli bir cihaza aiddir. 19 İyun 2012 tarixində alındığı yeni aşkar olan bu patentdə Motorola elastik ekranlı telefonlardan çox qıvrıla bilən ekranı istifadə edən ağıllı qol saatlarında bu texnologiyadan faydalanması gözlənilir. Movqe.Az  xəbər verir ki, patentdə diqqət çəkən ən əhəmiyyətli xüsusiyyət isə həm ekranın, həm də qayışın eyni vaxtda elastik olmasıdır. Bu da qol saatının biləyə tam olaraq oturması mənasını verir.

 

Əslində "motorola"ın bu patenti , qulağa son dərəcə məntiqli gəlir.Qıvrıla bilən bir ekran , saatlarda , mobil telefonlarına nisbətən daha rahat ola bilər.