Qışın oğlan çağında Rihanna çimərliyə getdi

27 Dekabr 2013 22:30 (UTC+04:00)
Milad bayramını qeyd etdikdən sonra tanınmış müğənni Rianna qastrollarda itirdiyi gücünü və enerjisini bərpa etmək istəyir. Bunun üçün müğənni bayram tətilini doğma Barbadosda keçirməyi qərara alıb.

Milli.Az xəbər verir ki, fotoqraflar dostları ilə okean kənarında istirahət edən Riannanın fotolarını çəkiblər.

Top-diva ötən əsrin 60-cı illərinin dəbində mavi rəngli çimərlik paltarında olub. Çiyninə isə cins köynək salıb.

Qeyd edək ki, bayram tətillərini Rianna adətən Barbadosda ailəsi ilə birgə keçirir.