Dünyanın ən varlı qadını

31 May 2012 16:40 (UTC+04:00)

Cina Raynhart dünyanın ən varlı qadınıdır

Raynhart hal-hazırda 28,50 milyard dollara sahibdir. Xatırladaq ki, Raynharta qədər dünyanın ən varlı qadını Kristi Uolton idi. O, 25, 3 milyarda sahibdir. Hər iki qadına da, bu pullar miras qalıb. Birinə həyat yoldaşı tərəfindən, digərinə isə atası tərəfindən miras qalıb.

Amerikanın "Forbs" jurnalına əsasən, dünyanın ən varlı insanı meksikalı Karlos Slimdir. O, 69 milyarda sahibdir.

Qeyd edək ki, C.Ranynhart dünyanın ən varlı qadını olsa da, övladları onu bu addan məhrum etmək istəyirlər. Onlar analarını məhkəməyə verib, mirası bölmək qərarındadırlar.

Əgər onlar bu istəklərinə nail olsalar, analarının sahib olduğu məbləğ dörd dəfə azalacaq.

Türkan Nadirqızı

Movqe.Az