XATİRƏ:"Sabah günorta əməliyyata girəcəyəm"-ÖZƏL

27 Dekabr 2013 22:10 (UTC+04:00)
Müğənni Xatirə İslam sabah günorta əməliyyat olunacaq. Mövqe.az-a bu barədə açıqlama verən müğənni İstanbul FBM klinikasında burun əməliyyatı eçirəcəyini açıqlayıb: "Birdən qərara gəldim. Əsas odur artıq qərar vermişəm. Sabah günorta əməliyyata girəcəm. Burnumda çəpər əyriliyi var. Demə olar ki, heç nəfəs ala bilmirəm. Bir güllə ilə iki quş vuracağam. Həm plastik, həm də ki, burnumda olan çəpər əyriliyini yox edəcəyəm, inşallah əməliyyat uğurlu keçər".