Rəqsanə sevgilim dediyi meyxanaçıya indi də qardaşım dedi-FOTO-ÖZƏL
28 Dekabr 2013 00:09 (UTC+04:00)
Müğənni Rəqsanə İsmayılova İstanbuldan Bakıya qayıdıb. Paytaxta
əliboş gəlməyən Rəqsanə Yeni ildə yanvarın 8-dən sonra Bakıda
işlərinə davam edəcək. Müğənni meyxanaçı Namiq Qaraçuxurlu haqqında
Mövqe.az-a danışıb: " Namiqlə mənim aramda heç nə yoxdur. Biz
sevgili deyilik. Namiq mənim qardaşımdır. Bizi sevgili kimi qələmə
verməyə çalışsalar da, bu gülməlidir. Olmaz belə şeylər demək".
Qeyd edək ki, Moskvada toyda olan zaman Rəqsanə və Namiqin çox
səmimi fotoları yayılmışdı. Rəqsanə isə o şəkillər yayılandan sonra
şəkilləri şərh edərkən belə demişdi: " Namiq çox yaraşıqlı,
gözəl-göyçək oğlandır. Bütün subay qızlar onu sevir. Təki yanımda
Namiq kimi boylu-buxunlu oğlan olardı. O, da mən də subay olsaydıq
bələ nə isə alına bilərdi".