"Möhtəşəm Maşın"nın möhtəşəm oyun aparan finalçıları bəlli oldu

28 Dekabr 2013 01:07 (UTC+04:00)

Bu dəqiqələrdə "Möhtəşəm Maşın" şounun finalçıları bəlli olub . 4 iştirakçı ilə yoluna davam edən "Maşın"da Dj Çina səsverməyə çıxıb. Mövqe.az-ın məlumatına görə, 67,53 % səslə tribunaya çıxaraq səs toplayıb, şouda qalma şansı qazanan Dj Çina öncə anasına təşəkkür edib: " Bu bir oyundur. Mən bu oyunda ikinci dost, düşmən görmüşəm. Şounun sonuncu dəqiqələrinə kimi özüm getməyi düşündüm. Sonra dedim ki, anamın əziyyəti və tamaşaçıların səsi heyf olmasın. Əgər mən qalibəmsə siz də qalibsiniz.Seçimim Vüqar Vüqarlıdır ".

Şoudan kənarlaşan jurnalist Vüqar Vüqarlı isə bildirib: " Mən Çinanın bu qərarına təəccüblənmədim. Çünki burada elə sifətlər görmüşəm ki... Bu heç nədir. Əgər Çinanın qərarı maşınsız bir insanı yenidən avtomobilsiz qoymaq idisə mən nə deyə bilərəm?!".

Qeyd edək ki, Dj Çina, Aydan Axundova və Hüseyn Məmmədovla "Maşın şou" final turuna keçid alıb.