Azərbaycanda beşdən çox uşağı olan analara müavinət veriləcək

28 Dekabr 2013 11:10 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında fərman imzalayıb.

Movqe.az-ın məlumatına görə, beşdən çox uşağı olan qadınlara müavinətin məbləği hər uşaq üçün 30 (otuz) manat müəyyən edilib.

 

Fərman 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.