Saatlıda turşudan zəhərlənən ailənin daha bir üzvü ölüb

28 Dekabr 2013 11:42 (UTC+04:00)

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, 1937-ci il təvəllüdlü Məmmədova Sona Kərəm qızı Bakıda 1 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

 

Qeyd edək ki, kütləvi zəhərlənmə Saatlı rayonunun Şirinbəy kəndində hadisəsi baş verib. Evdə konservləşdirilmiş pomidor turşusundan bir ailənin 6 üzvü zəhərlənib. Kənd sakini, 1932-ci il təvəllüdlü Məmmədov Ənvər Savalan oğlu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onun həyat yoldaşı 1937-ci il təvəllüdlü Məmmədova Sona Kərəm qızı, 1984-cü il təvəllüdlü oğlu Məmmədov Sahib Ənvər oğlu, 2006-cı il təvəllüdlü Məmmədov Aqşin Sahib oğlu, 2008-ci il təvəllüdlü Məmmədov Fəqan Sahib oğlu, 1934-cü il təvəllüdlü Səfərova Dilbər Kərəm qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar.

 

Daha sonra azyaşlılar Bakıdakı Ə. Qarayev adına 2 saylı Uşaq Xəstəxanasına, digərləri isə 1 saylı Şəhər Klinik Xəstəxanasının İnfeksion-Reanimasiya şöbəsinə çatdırılıblar.