Millət vəkili əlil xanıma bahalı hədiyyə verdi

28 Dekabr 2013 10:16 (UTC+04:00)

Millət vəkili Adil Əliyev əlil xanıma gözlənilməz və son dərəcə qiymətli bir hədiyyə təqdim edib. Bu barədə 1-ci qrup əlil Sevda Səfərəliyeva Movqe.az-a məlumat verib: "Artıq mənim də avtomobilim var. Bu vaxta kimi bu arzunu mən ancaq xəyallarımda canlandıra bilrdim. Sonuncu dəfə belə, bir çox illər bundan əvvəl, Azərbaycan Dövlət İqtisad Univeristetinə daxil olanda sevinmişdim. Dünənki hadisə bir daha sübut etdi ki, Azərbaycanda tutduğu mövqeyə layiq olan millət vəkili, verdiyi sözü yerinə yetirən insan var imiş. Adil Əliyevlə Facebook sosial şəbəkəsində tanış olmuşam. Əlilliyi olan insanların, xüsusilə ümumi səbəbdən əlilliyi olan insanların problemlərini onunla ilk dəfə bölüşdüyüm andan qarşı tərəfdən gözləmədiyim diqqət və həssasslığın şahidi oldum. Geniş yazışmamızdan sonra Adil bəy evimizə də gəlib mənimlə şəxsən tanış oldu, məni, fəaliyyətimi bir qardaş kimi çox dəstəklədi. Bu insan sözün həqiqi mənasında məni yaxşı cəhətdən çox təəccübləndirdi. Sözü bütöv, ürəyi geniş və həssas, hər zaman məsləhət ala biləcəyim, dərdimi bölüşə biləcəyim bir insanı qarşıma çıxardığı üçün Allaha şükür edirəm. Çünki hər zaman Allaha yalvarırdım ki, qarşıma heç olmasa məni dinləyə biləcək bir mövqe sahibi çıxarsın və mən də ürəyimdəkiləri çəkinmədən ona söyləyə bilim. Dünən axşam məni idmançıların və kikboksinqçilərin dostu kimi hədsiz xoş sözlərlə tədbirdəki qonaqlara təqdim edəndə çox həyəcanlandım. Sözün düzü, mən bu qədər gözəl qarşılama, bu qədər gözəl münasibət, qonaqların da, məclis sahibinin də səmimiliyi qarşısında özümü itirdim. Ürəyimdən keçən bir çox sözləri dilə gətirə bilmədim. Fikrimcə, başqa mövqe sahibi olan insanlar da bu gözəl işdə Adil bəylə yarışa girməlidirlər. İnşallah insanları sevindirmək, onların könlünü xoş etmək kimi bir əməl bir ənənəyə çevrilərək dalğa effekti yaradar və daha çox insanın bəhrələnməsinə səbəb olar.Adil Aliyevə mənə təqdim etdiyi gözəl və mənim üçün çox dəyərli olan hədiyyəyə, ən əsası isə insanlara olan ümidimi yaşatdığına görə bir daha sonsuz təşəkkürümü bildirirəm! Ona gələcək fəaliyyətində və həyatında növbəti uğurlar arzu edirəm!"

S. Səfərəliyeva deyib ki,bir nece gun əvvəl Adil Əliyevin müavini ona zəng edib ki, səni tədbirə dəvət edəcəyik, Adil bəyin sənə surprizi var: " Mən də razılaşdm, dedim gələrem. Kinkboksinq Federasiyasının Yeni il və Həmrəylik günü münasibətilə keçirilən tədbir idi. Orada Federasiyanin idmançılarının mükafatlandırılmasi nəzərdə tutulurdu. Mən də həmin tədbirə dəvəti qebul etdim. Orada Adil Əliyev "Kia" maşınının sənədlərini və açarını mənə təqdim etdi. Belə bir hədiyyəni Adil Əliyev kimi dəyərli insandan almağıma görə çox sevinirəm.