Mikayıl Cabbarovun qəbuluna düşmək çətinləşdi

28 Dekabr 2013 12:20 (UTC+04:00)

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov "Təhsil Nazirliyində vətəndaşların qəbulu Qaydası"nın təsdiqləyib. Movqe.az-a nazirlikdən verilən xəbərə görə,  həmin qaydalara əsasən, nazirin qəbulu ayda bir gün, nazir müavinlərinin qəbulu iki həftədə bir gün, aparat rəhbəri, şöbə müdirləri və idarə rəislərinin qəbulu həftədə azı bir gün olmalıdır. Nazirliyin şöbə və idarələrinin (rəhbərlər istisna olmaqla) əməkdaşları tərəfindən vətəndaşlar hər iş günü qəbul edilir. TN-in bütün şöbə və idarələrinin, ali və orta ixtisas təhsili müəssisələrinin, yerli təhsil şöbələrinin (idarələrinin) rəhbərləri və aidiyyəti işçiləri fəaliyyətlərində bu qaydaların tam və düzgün tətbiq olunmasını təmin edilməlidir. TN-in ali və orta ixtisas təhsili müəssisələrinin və yerli təhsil şöbələrinin vəzifəli şəxsləri müəyyən olunmuş vətəndaşların qəbulu qrafikinə ciddi riayət etməlidirlər. M.Cabbarov TN-in informasiya şöbəsinə qəbula yazılan vətəndaşın yazılı və elektron formada uçotunu aparılmasını da tapşırıb. Qəbul qrafiki nazirliyin qəbul otağında hər kəs üçün aydın görünən yerdə asılmalıdır.