"Fatih-Harbiyə"in yeni bölümündə nələr baş verəcək?

28 Dekabr 2013 13:15 (UTC+04:00)

"Show TV" ekranlarında şənbə axşamları yayımlanan "Fatih Harbiyə" yeni

bölümü ilə yenə tamaşaçılarının qonağı olacaq. Serialın yeni bölümündə, Nəriman və Faiz bəy, dəvətsiz gələn

qonaq qarşısında təəccüblərini gizləyə bilməyəcəklər. Səlim bəyin ziyarətinin

səbəbini öyrənən Nərimanın verəcəyi reaksiya isə sual altında qalıb. Nərimanın

yoxluğu Şinasiye ilham qaynağı olarkən, Macit, atasının sözünə əhəmiyyət verməyərək Nərimana

olan sevgisini yaşamağa qərarlıdır. Nəzərinizə çatdıraq ki,"Fatih Harbiyə" serialı şənbə günləri saat 22:30 da "Show TV"də yayımlanlır.