Ebru Gündeşdən alınan yalan müsahibə barədə müəllifdən açıqlama-ÖZƏL

28 Dekabr 2013 12:57 (UTC+04:00)

Bir neçə gün bundan öncə tanınmış jurnalist Məhsəti Şərifin xəbər portallarından biri üçün Ebru Gündeşdən eksklüziv  müsahibə alındığı bildirilib. Bu müsahibənin səs-sorağı Türkiyəyə qədər gedib, çıxıb. Müğənni Ebru Gündeş isə heç bir müsahibə vermədiyini bildirib. Mövqe.az-ın əməkdaşı məsələni aydınlaşdırmaq üçün jurnalist Məhsəti Şəriflə əlaqə saxlayıb. Jurnalist eksklüziv olaraq Mövqe.az-a açıqlama verib: " Əlbəttə ki, Ebru Gündeş müsahibə verib. Sadəcə anlaşılmamazlıq olub. Dünən mən onun köməkçisi Levent bəylə danışmışam. Bildirim ki, sadəcə  müsahibə Azərbaycan mətbuatına verilməyib. Onlarda müsahibə olmayıb, demirlər. Deyirlər ki, Azərbaycan mətbuatına müsahibə verilməyib. İlk açıqlamanın məhz burada getməsi onları narahat edir".


Ebru Gündeşin komandası  isə müsahibə ilə müğənninin heç bir əlaqəsinin olmadığını deyib: "Heç bilməzdim bu qədər sevməyənimiz varmış" başlıqlı müsahibənin Ebru Gündeşə heç bir aidiyyatı yoxdur. Müsahibənin yalan olduğunu bildirən Ebru, həyat yoldaşı həbs olunduqdan sonra heç bir jurnalistə müsahibə vermədiyini açıqlayıb".


Qeyd edək ki, Məhsəti Şərifə ünvanladığımız sonuncu "Müsahibənin səs yazması varmı" sualı da cavabsız qalıb.