Çin bir uşaq siyasətini yumşaltdı

28 Dekabr 2013 11:34 (UTC+04:00)

Çin ali qanunvericiliyi bir uşaq siyasəti qanunvericiliyini yumşaltmaqla bağlı yeni qərar qəbul edib. Bu haqda Xinhua xəbər agentliyi məlumat verib. "The Standing Committee of the National People's" Konqresi cütlüklərə iki uşağa yalnız bir halda icazər verilib:"Əgər valideynlərdən ikisindən biri öz ailələrindən tək uşaqdırsa". Əmək düşərgələrində yenidən təhsili ləğv edən qanun da konqressdə təsdiqini tapıb. Siyasi dəyişikliklər haqda qanun Kimunust Partiyasında, noyabrda bəyan edilsə də, 6 günlük görüşün sonunda, ölkənin müxtəlif bölgələrində sınaqdan keçirildikdən sonra konqress tərəfindən qəbul olunub.

Xatırladaq ki, Çin tək uşaq siyasətini 1970-ci ilin sonunda sürətli əhali artımının qarşısını almaq üçün qəbul etmişdi. Hesabatlara görə, 2050-ci ildə çin əhəlisinin dörddə biri 65 yaşını ötmüş yaşda olacaq.