Bu şəkli facebook profilinizə qoymayın, yoxsa...

28 Dekabr 2013 14:19 (UTC+04:00)

Misirdə qüvvəyə minən yeni bir qanun səbəbindən Facebook səhifələrində "R4BIA" loqolu fotoşəkilləri paylaşanlar 5 il həbs cəzasına məruz qalacaq. 

"Arabcrunch və Sharouk News"un xəbərinə görə Misir polisi Facebook səhifəsindən bir xəbərdarlıq mətni yayımlayıb, R4bia simvolu və bənzər məzmunları paylaşanların terroist rəftarı görəcəyini və 5 ilə qədər həbs cəzası alacağını vurğulayıb. 


Movqe.Az xəbər verir ki, bu simvol Misirdə demokratiya yolu ilə iqtidara gəlmiş Məhəmməd Mursinin zərbə ilə endirilməsi nəticəsində xalqın , zərbəyə qarşılıq verdiyi passiv müqavimətinə görə, 16 Avqust 2013 tarixində zərbəni edən Abdülfettah əl Sisi liderliyindəki ordunun qırğınları nəticəsində ortaya çıxan azadlıq simvoludur.


Müqavimətdə Vinston Çörçilə aid olan V işarəsi istifadə edənlər , bunun əvəzinə müqavimətin başlanğıc yerinin Rabiatul Adeviye meydanı olması və " Rabia " sözünün mənasının 4 olması səbəbiylə bu işarənin istifadə edildiyi bildirilir. Bu simvol Azərbaycandakı Facebook istifadəçiləri arasında da sıx olaraq paylaşılır.