"BlackBerry"in işləri pisləşir?

28 Dekabr 2013 16:19 (UTC+04:00)

"BlackBerry"də işlər hər ötən gün daha fərqli bir hal alır , daha çox qarışır. Bu həftə ərzində gələn ləğv edilən yeni modellər haqda xəbərdən sonra , bu dəfə gələn xəbərlər də şirkət üçün çox parlaq görünmür. Çünki son gələn xəbərə görə BlackBerry qurucusu Mike Lazaridis də şirkətdən üz döndərib. 

Movqe.Az "Wall Street Journal"a istinadən xəbər verir ki, BlackBerryin qurucusu Mike Lazaridis əlindəki hissələrin böyük qisimini sataraq mülkiyyət hissəsini azaldıb. Ötən dövrdə yenidən "BlackBerry"in rəhbərliyinə gələcəyi və şirkəti satın almaq üçün büyük məbləğli pulu gözdən çıxartçası ilə əlaqədar söz-söhbətlərin ortaya çıxmasıyla yenidən umüdlənən firmanın gələcəyi artıq möcüzələrə qalmış kimi görünür. Çünki iki yeni telefon proyektini aradan qaldıran və bu ilki BlackBerry Live fəaliyyətini ləğv edən BlackBerry , Mike Lazaridisin də əlini böyük nisbətdə çəkməsiylə daha pis günlər yaşaya bilər.