Heydər Əliyev Sarayının təşəbbüsü ilə xeyriyyə konserti keçirilib

31 May 2012 17:22 (UTC+04:00)


Bu gün Heydər Əliyev Sarayının təşəbbüsü ilə Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 4 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbində "Uşaqların beynəlxalq müdafiəsi günü"nə həsr olunmuş xeyriyyə konserti keçirilib. Bu barədə Movqe.Az xəbər portalına sarayın mətbuat katibi Anar Fərəczadə məlumat verib. A.Fərəczadə bildirib ki, tədbirdə iştirak edən estradamızın populyar müğənniləri Almaz Ələsgərova, Zamiq Hüseynov, Safura Əlizadə, Ramal İsrafilov və Sevda Yahyayeva uşaqları bayram münasibəti ilə təbrik edərək, onlara musiqili hədiyyələrini təqdim ediblər.

A.Fərəczadə onu da qeyd edib ki, Heydər Əliyev Sarayınının rəhbərliyinin, uşaqların bayram gününə həsr olunmuş xeyriyyə konsertini keçirtməkdə məqsədi, fiziki qüsurlu, əlil, xəstə uşaqlara mənəvi dayaq olmaq, onların istirahət vaxtlarını səmərəli keçirtməklərinə imkan yaradaraq, əhval ruhiyyələrini yaxşılaşdırmaqdır.

Fuad Mədətov

Movqe.Az