İranda 5 nəfər edam edilib

28 Dekabr 2013 14:56 (UTC+04:00)

İranın Kirmanşah vilayətində 5 nəfər edam edilib.

APA-nın məlumatına görə, məhbuslar qətldə günahlandırılıblar. Dekabrın 25-də səhər saatlarında 3, dekabrın 26-da isə 2 məhbus Kirmanşah şəhərinin mərkəzi həbsxanası olan Dizelabadda edam olunub.

Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra edilib. Məhbuslardan yalnız ikisinin ad və soyadlarını müəyyənləşdirmək mümkün olub. Bunlar Əli Ağa Zaria və Rəsul Kərimidir. Edamlarla bağlı heç bir rəsmi açıqlama verilməyib.