Azərbaycan istehsalı olan mina detektorları istifadəyə verilib

28 Dekabr 2013 16:39 (UTC+04:00)

Müdafiə Sənayesi Nazirliyinin (MSN) istehsalı olan mina detektorları bütün güc strukturlarının istifadəsinə qəbul olunub

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) istehsalı olan mina detektorları bütün güc strukturlarının istifadəsinə qəbul olunub.

APA-nın məlumatına görə, yerli müəssisələrin birində istehsal olunan İMA-07 (Induction Mine Detector) markalı mina detektoru hazırda Müdafiə Nazirliyinin mühəndis-istehkam bölmələri ilə yanaşı, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunların istifadəsində yer alır.

İMA-07 keçmiş SSRİ müəssisələrində istehsal edilmiş PR-507 mina detektorunun təkmilləşdirilməsi nəticəsində yaradılıb. IMA-07 keyfiyyətinə və çəkisinə və nüfuzetmə qabiliyyətinə görə analoqundan üstündür. İMA-07 tərkibində minimum metal olan minaları aşkar etmək imkanına malikdir.


Detektor ölçüsündən asılı olaraq, böyük və geniş obyektləri 70 sm, kiçik obyektləri (məsələn, metal sikkələri) isə 20-25 sm dərinlikdə aşkar edə bilir.