Cem Yılmazı göstərməyəcəklər

28 Dekabr 2013 19:30 (UTC+04:00)

Türkiyənin Show TV telekanalında nümayiş olunan və Ali İhsan Varolun hazırlayıb təqdim etdiyi "Kelime Oyunu" yarış-şousu bağlanıb.


Milli.Az AHT-yə istinadən bildirir ki, şounun Yeni illə bağlı xüsusi buraxılışına məşhur komik və stənd-ap ustası Cem Yılmaz da dəvət olunmuşdu.

Yılmazın iştirakçı olduğu buraxılış efirə verilməmişdi.


Proqramın bağlanma səbəbi kimi Vuralın "Böyük rüşvət" əməliyyatı aparılan günlərdə studiyada iştirakçılardan birinə "Xalq arasında rüşvət alan adam?" sualını verməsi göstərilir.