Hansı müğənnimizi Azərbaycanın Kibariyəsi adlandırdılar?

28 Dekabr 2013 17:07 (UTC+04:00)

Səsi və ifası ilə digər sənətçilərdən seçilən müğənni Bahar Lətifqızını Yeni ildə fərqli görəcəksiz. Movqe.az-ın məlumatına görə sənətçinin budəfəki fərqliliyi türk sənətçilərindən birinin obrazında olmasındadır. Hətta müğənninin bu obrazını görənlər onu Azərbaycanın Kibariyəsi də adlandırırlar: "Bir çox cəhətlərdə bizim bənzər olduğumuzu deyirdilər. Televiziyalardan birinin Yeni il çəkilişində mən Kibariyənin obrazını canlandırdım və onun mahnılarından birini ifa etdim. Hətta məni o sənətçiyə oxşatmayanlar belə çox bənzədiyimi deyirlər".


Yeni ili qızı ilə bir yerdə keçirəcəyini deyən sənətçi bayram münasibətilə xalqı təbrik etməyi də unutmadı: "2013-cü il artıq başa çatmaq üzrədir. Kimi üçün bu il uğurlu, kimi üçün də uğursuz ola bilər. Amma gələcəyə ümid etmək lazımdır. Qarşıdan gələn Yeni il münasibətilə xalqımızı təbrik edirəm. Qoy 2014-cü il hər bir kəs üçün düşərli, uğurlu olsun. Kimin nə arzusu varsa bu ildə yerinə yetsin".