Məlumdur ki, son illər dünyada ekoloji vəziyyət gündən-günə pisləşməyə doğru gedir. Artıq ekoloji çirklənmə minlərlə insanın həyatına, eyni zamanda ətraf mühitə ciddi ziyan vurur. Bu sahədə xeyli işlər görülsə də, bəzən dəyən ziyanın qarşısını almaq mümkün olmur. Bu fonda son günlər Tehranda ekoloji çirklənmə ilə bağlı göstəricilər də böyük narahatlığa səbəb olub. Belə ki, məlumata görə, ekoloji çirklənmə səbəbindən bu şəhərdə hər il 4000 insan həyatını dəyişir. Nəticədə Tehran dünyanın ən çirkli şəhərlərindən biri elan olunub. Movqe.az olaraq biz də Azərbacanda ekoloji vəziyyətin hansı vəziyyətdə olmasıyla bağlı araşdırma apardıq.
Ekoloq Fəridə Hüseynova saytımıza verdiyi açıqlamada Azərbaycanda ən çox çirklənməyə məruz qalmış ərazilər haqda danışdı: "Azərbaycanda ekoloji cəhətdən ən çirkli ərazilər əsasən, daha çox iqtisadi cəhətdən inkişaf eləmiş şəhərətrafı rayonlar, neft istehsalı həyata keçirilən ərazilərdir. Bunu nəzərə alaraq demək olar ki, Abşeron rayonu ərazisi, Abşeron yarımadasında yerləşən rayonlar, o cümlədən də kənd təsərrüfatı üçün gübrə istehsal edən Kür ətrafı rayonlarda, məsələn, Saatlıda, ərtaf mühit ekoloji cəhətdən o qədər də təmiz deyil. Sənaye şəhəri olan Sumqayıt da bu ərazilər sırasına daxildir.
Bundan başqa təbii çirklənmə var. Hansı ki, müəyyən suxurlardan, torpaqlardan asılıdır. O ərazilər isə əsasən Zaqatala-Balakən zonasıdır. Orda dağlıq ərazilərdə insan orqazminə mənfi təsir göstərən süxurlar var".
Tibbi ekspert Adil Qeybulla isə bu ekoloji
çirklənmənin insan orqanizmində yaratdığı fəsadlardan danışdı:
"Çirklənmə havada olan istehsalat tullantılarının, bir də benzol
törəmələrin miqdarını ilə ölçülür. Hesablanmışdır ki, bir
kubmetr mikroqram benzol törəməsi varsa, bunlar aromatik
karbohidrotlardır. Bunlar insan orqanizmində ağciyər xərçəngi əmələ
gətirir. Aromatik karbohidrogenlərin və benzol törəmələrinin
konseregen təsiri havanı çirkləndirən əsas amillərdir və bunlara
əsasən havanın çirklənmə dərəcəsi müəyyən olunur. Ola bilsin ki,
Tehranda bu dərəcə daha yüksəkdir. Azərbaycanla isə, təəssüflər
olsun ki, bununla bağlı statistik məlumatlar yoxdur. Amma mən bir
şeyi deyə bilərəm ki, bu gün Avropanın ayrı-ayrı ölkələrindən,
xüsusən də, Almaniyadan işlənmiş maşınların Azərbaycana
gətirilməsi, eyni zamanda, uzun müddət istifadə olunan, vaxtı
keçmiş maşınların istifadəsi Bakıda atmosfer havasının zərərli
tullantılarla daha çox çirklənməsinə səbəb olur. Biz hər gün
şahidi oluruq ki, avtomobillərin qaz borusundan atmosferi
çirkləndirən xeyli qara tüstü çıxır. Təəssüflər olsun ki, bizdə
ekoloji vəziyyətin qorunmasına riayət olunmur. Hesab edirəm ki,
bizdə də ekoloji vəziyyətlə bağlı statistik göstəricilər
hazırlanmalıdır. Bu faktorlar da xüsusilə nəzərə alınmalıdır.
Əgər hesablansa, yəqin ki, bizdə də ürəkaçan rəqəmlər ortaya
çıxmaz".