"O Səs Türkiyə" yarışmasında Ebrunu o, əvəz edəcək

29 Dekabr 2013 11:14 (UTC+04:00)

"O Səs Türkiyə"nin yeni il çəkilişində iştirak etməyən müğənni Ebru Gündəşi Hülya Avşar əvəz edəcək.


Mövqe.az Türkiyə mətbuatına istinadən bildirir ki, Ebru Gündəş münsif üzvü olduğu "O Səs Türkiyə" nin yeni il çəkilişlərində iştiak etməyəcəyi üçün prodüser və aparıcı Acun Ilıcalı yarışmanın yeni il çəkilişləri üçün Hülya Avşarla razılaşıb. Dekabrın 31-i gecəsi Ebru Gündəşin yerinə Hülya Avşar münsiflər kürsüsündə oturacaq. Yarışmanın digər bölümlərində isə müğənni özü iştirak edəcək. Ebru Gündəş bayram üçün aldığı hər bir şeyi də mağazaya geri qaytarib və bu durumda bayram qeyd etməyin ona yaraşmadığını bildirib. 


Qeyd edək ki, sənətçi həyat yoldaşı Rza Zərrabın rüşvət əməliyyatında həbs olunmasıyla əlaqədar konsertlərini də ləğv edib.