Tibb sahəsi üzrə 248 müdavim xaricə göndərilib

29 Dekabr 2013 12:30 (UTC+04:00)

"Tibb işçilərinin sertifikasiyası 2013-cü ildə də davam etdirilmiş və il ərzində 4-dək həkim və 6 minə yaxın orta tibb işçisi sertifikat alıb". Bu sözləri 2013-cü ilin yekunlarına dair keçirilən konfransda səhiyyə naziri Oqtay Şirəliyev səsləndirib. Nazir qeyd edib ki,  "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli fəaliyyət Planı"na əsasən 2013-cü ildən həkimlərin işə mərkəzləşdirilmiş qaydada test imtahanı ilə qəbul edilməsinə başlanılıb. Elektron vasitələrdən istifadə olunmaqla keçirilən bu imtahan həm həkimlərin işə qəbulunda şəffaflığı təmin etməyə, həm də onların peşəkarlıq səviyyəsini obyektiv qiymətləndirməyə imkan verir. Cari ilin aprel ayından başlayaraq keçirilmiş 3 imtahan nəticəsində 156 həkim mərkəzləşdirilmiş qaydada işə qəbul olunub. Bəzi regionlarda orta tibb kadrlarına olan yüksək tələbatı nəzərə alaraq 3 yeni tibb kolleci açılıb (Cəlilabad, Quba, Saatlı). Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş gənc mütəxəssislərin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı çərçivəsində 2013-ci ildə tibbi müdavimlər Avropanın nüfuzlu Universitet klinikalarında cəmi 124, o cümlədən Almaniyada 30, Belarus Respublikasında 11, Türkiyədə 83 müdavim səhiyyənin müxtəlif sahələri üzrə təkmilləşdirmə kurslarında peşə biliklərini artırıblar. Eyni zamanda Avropadan dəvət olunub mütəxəssislərin iştirakı ilə təşkil edilmiş kurslara 243 müdavim cəlb olunub. Bundan əlavə 2013-cü ildə xarici mütəxəssislərin cəlb edilməsi ilə Azərbaycanda aparılan nəzəri praktiki təlimlərdə 240 müdavim iştirak edib.