Səhiyyə sahəsində 27 elektron xidmət "e-hökumət " portalına inteqrasiya olunub

29 Dekabr 2013 12:48 (UTC+04:00)

Səhiyyə sahəsində müasir informasiya texnologiyalarının səhiyyə sisteminə tətbiq edilməsi sahəsində də əhəmiyyətli işlər görülür. Movqe.az xəbər verir ki,bu barədə Səhiyyə Nazirliyində 2013-cü ilin yekunlarına dair konfransda məlumat verilib: " Nazirlər Kabinetinin qərarı ilə Səhiyyə Nazirliyi üzrə təsdiq edilmiş siyahıdan 28 elektron xidmət hazırlanaraq nazirliyin rəsmi saytı vasitəsi ilə istifadəyə verilib. Eyni zamanda 27 elektron xidmət Rabitə və İnformasiya Texnologiyaları nəzdində fəaliyyət göstərən "Elektron hökumət" portalına qoşulub.Səhiyyə Nazirliyi tərəfindən aparılan elektron informasiya sistemlərində Fərdi İdentifikasiya Nömrəsi tətbiq edilib.