Gəncədə 16 yaşlı oğlan bıçaqlanıb

29 Dekabr 2013 13:12 (UTC+04:00)

Göygöl rayon sakini Gəncədə bıçaqlanıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə dünən şəhərin Bayraq meydanında baş verib. Göygöl rayon sakini, 1997-ci il təvəllüdlü Eldəniz Quliyevlə tanımadığı şəxs arasında mübahisə yaranıb və həmin şəxs E. Quliyevi bıçaqlayıb. Dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 16 yaşlı oğlanın vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır, cinayəti törədən şəxsin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.