Soyadım xoşuma gəlmirsə, onu necə dəyişməliyəm?

31 May 2012 19:00 (UTC+04:00)

Bəzən elə hallar olur ki, soyadımız bizi narahat edir. Bu halda bir çoxmuzun ağlına soyadımızı dəyişmək fikiri yəqin ki, gəlib. Belə hallarda nə etməli olduğumuz haqda isə hüquqşünas – məsləhətçi Aynur Quliyeva məlumat verdi.

Onun sözlərinə əsasən, 18 yaşına qədər hər bir şəxs valideyinlərdən birinin soyadını götürə bilər. Bunun üçün isə onlar uşaq təminat orqanlarına müraciət etməlidirlər. 18 yaşı tamam olan şəxslər isə öz soyadlarını dəyişmək istəyirlər isə onlar yaşadığı yerin qeydiyyat bölməsinə müraciət etməlidir.

Quliyevanın sözlərinə görə, bir ay ərzində ad və soyadı dəyişmək üçün müraciət edənlərin sayı 10 – a yaxındır.

"Lakin valideyinlərdən hər hansı biri buna etirazını bildirərsə, biz artıq bu müraciətə baxmırıq", - deyə Aynur Quliyeva bildirib.

Türkan Nadirqızı

Movqe.Az