Cari il ərzində tibb müəssisələrinin və səhiyyə işçilərinin fəaliyyəti ilə bağlı vətəndaşların ərizə və şikayətləri əsasında araşdırmalar aparılaraq müəyyən tədbirlər görülüb. Movqe.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyində 2013-cü ilin yekunlarına dair konfransda məlumat verilib. Məlumata görə, il ərzində Səhiyyə Nazirliyinə 16 mindən artıq, o cümlədən 1566 elektron xidmət vasitəsilə müraciət daxil olub.Bundan əlavə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin "161-qaynar xətt" əlaqə mərkəzinə daxil olub 290, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Qaynar xətt" əlaqə mərkəzinə daxil olub 314 neqativ hal barədə şikayətə nazirlikdə baxılıb. Aparılan araşdırmalar zamanı müəyyən edilmiş pozuntu faktları üzrə 176 tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb 1 müraciət üzrə cinayət xarakterli pozuntu faktı aşkar olunduğundan 1 tibb işçisi barədə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi vasitəsilə cinayət işi qaldırılıb.