Bakının iki rayonunda qaz problemi olacaq

29 Dekabr 2013 14:15 (UTC+04:00)

Azərbaycan paytaxtının bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyindən "APA-Economics"ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar bu gün dekabrın 29-da saat 13:00-dək Bakının Binəqədi rayonunun bir hissəsinə, saat 18:00-dək isə Sabunçu rayonunun Balaxanı qəsəbəsinə və Zabrat qəsəbəsinin bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.