Beynəlxalq Avtovağzal Kompleksində meyit tapılıb

29 Dekabr 2013 14:45 (UTC+04:00)

Bakı Beynəlxalq Avtovağzal Kompleksində meyit tapılıb. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində meyiti tapılan şəxsin Ağstafa rayon sakini İrşad Muradov olması müəyyən edilib. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.