Dünən Azərbaycanda baş verən yol qəzalarında 11 nəfər ölüb, 15 nəfər xəsarət alıb

29 Dekabr 2013 15:14 (UTC+04:00)

Daxili İşlər Nazirliyi (DİN) ötən gün respublika ərazisində baş verən yol qəzalarında ölənlərin statistikasını açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dünən respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 11 nəfər ölüb, 15 nəfər isə xəsarət alıb.

Qəzalardan ən ağırı Bakı-Şamaxı yolunda qeydə alınıb. Həmin qəzada 8 nəfər həyatını itirib.